Kiyevi açıq şəkildə xəbərdarlıq edirik, əgər... - Zaxarova

17:12 22 Mart 2025

 

Kiyev Rusiyanın enerji infrastrukturlarına hücum etməklə danışıqlara hazır olmadığını və sülh istəmədiyini nümayiş etdirir.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Açıq şəkildə xəbərdarlıq edirik ki, əgər Kiyev rejimi destruktiv siyasətini davam etdirsə, Rusiya tərəfi, o cümlədən simmetrik cavab vermək hüququnu özündə saxlayır”, – Zaxarova bildirib.

XİN rəsmisi əlavə edib ki, ABŞ-ın təşəbbüsü ilə enerji infrastrukturuna hücum etməmək barədə əldə olunan razılaşmaya baxmayaraq, Kiyev Rusiya ərazisinə hücumlarını davam etdirir.

 



Xəbər xətti