Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Sitat.info xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.