Hizbullah onun döyüşçülərinin İsrail ərazisinə raket hücumlarında iştirak etmədiyini bəyan edib.
Sitat.info xəbər verir ki, bu barədə təşkilat açıqlama verib.
"Hizbullah hadisə ilə heç bir əlaqəsinin olmadığını və atəşkəs rejiminə sadiq qaldığını təsdiqləyir", – bəyanatda vurğulanıb.
Bundan əlavə, Hizbullah Livan dövlətini dəstəklədiyini və hərbi gərginliyə qayıtmaq niyyətində olmadığını vurğulayıb.
Qeyd edək ki, daha öncə İsrail Hizbullahın Livan ərazisindən 3 raket atdığını bildirib və təşkilatın mövqelərinə zərbələr endirib.