Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Sitat.info-nun məlumatına görə, rayonun Bığır kəndinin ərazisində kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.