Azərbaycan yığması Türkiyəyə uduzdu

22:21 29 Mart 2025

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.

Türkiyə yığması ilə oyunda Azərbaycan millisi məğlub olub – 1:3. Millimizin heyətində yeganə qolu 34-cü dəqiqədə Elgün Sadıqlı vurub.

Xorvatiyada keçirilən turnirdə yığmamız 3 oyuna cəmi 1 xal qazanaraq, mübarizəni dayandırıb.

Yada salaq ki, Azərbaycan komandası daha əvvəl Bosniya və Herseqovinaya ağır hesabla uduzub (2:10), Xorvatiya ilə heç-heçə (3:3) edib.



Xəbər xətti