“Milan”ın futbolçusu Kayl Uolker “Napoli”yə qarşı keçirdikləri matçın fasiləsində komanda yoldaşı Joao Feliksə əsəbiləşib.
Sitat.info xəbər verir ki, ingiltərəli müdafiəçi Feliksi ötürmə verməməkdə günahlandırıb.
O, qarşılaşmanın ilk hissəsindən sonra paltardəyişmə otağına yollanarkən portuqaliyalıya iradlarını bildirib: “Ötürmə ver, topu çox saxlama. Burda heç kəs Messi deyil”.
Qeyd edək ki, “Milan” “Napoli”yə 1:2 hesabı ilə uduzub.