Qanda infeksiya və onun ölümcül təsirləri: Bu əlamətlər varsa...

15:48 16 May 2022

Qanda infeksiyanın əlamətləri hansılardır və bu infeksiyalar fəsad verməmiş ondan necə qurtula bilərik? 

Bu mövzu yəqin ki, hər kəs üçün maraqlıdır. 

Qana infeksiya düşərsə, immun  sistemi buna reaksiya verir. Bu orqan və toxumaların zədələnməsinə səbəb ola və çox ağır hallara gətirib çıxara bilər. Hətta ölümə də səbəb ola  bilər.

Bu vəziyyətə sepsis də deyilir. Qanda infeksiya aşkar edildikdən sonra dərhal müalicəyə başlamaq lazımdır.

Bədəndəki infeksiya qanla yayılırsa, buna sepsis deyilir. Bu yoluxma septik şok kimi durumlara səbəb ola bilər. Bakteriya qrupları bəzən qana keçir, qan vasitəsilə bütün bədəndə dolaşır. Qan bir növ nəqliyyat yoluna çevrilir.

Qanda infeksiyanın əlamətləri hansılardır?

 Qanda infeksiya nəticəsində orqanizmdə bəzi əlamətlər meydana çıxır. Bu simptomlardan birini və ya bir neçəsini yaşayan insanlar həkimə müraciət etməlidirlər. Qana infeksiya düşərsə, ilk mərhələdə görülən əlamətlər bunlardır:

- nəfəs almaqda çətinlik
- artan ürək döyüntüsü
- tez-tez nəfəs alma
- üşümə və bədən titrəməsi
-  qızdırmanın 38 dərəcə və ya daha yüksək olması

Bu simptomlar infeksiyaya yoluxmanın ilk mərhələsidir. İnfeksiya irəlilədikcə bədəndəki simptomlar fərqli hal alır. İnsanın xəstəliyi daha da kəskinləşir.

Növbəti mərhələdə qarşıya çıxan simptomlar aşağıdakılardır: 
- dərinin rəngsizləşməsi və solğun dəri
- qanda trombosit nisbətində dəyişikliklər

- İnsan zehni çaşqınlıq yaşanması

-sidik ifrazında çətinlik
 -ürək ritminin pozulmasının başlanğıcı

- arıqlamaq meylinin ortaya çıxması
- tənəffüs problemləri 
 - qan təzyiqinin düşməsi
 - qanda laktik turşunun normadan yüksək olması

 Qanda infeksiya aşkarlanan kimi müdaxilə edilməlidir. Qanda infeksiya sürəti artdıqca, həyati təhlükələr yaranır. İnfeksiya zamanla bütün orqanlara yayıla bilər. Bu ən çox böyrəklərə, qaraciyərə və ürəyə təsir edir. təsirlənir. Bundan əlavə, dəri zədələnir.  Bəzən spontan sağalma da müşahidə edilə bilər. İmmuniteti güclü olan fərdlər bu vəziyyətin öhdəsindən qısa zamanda gələ bilərlər. Amma qanda infeksiyanın yayılma sürəti yüksəkdirsə, o zaman orqanlara zərər verə bilər.

Qeyd edək ki, qanda infeksiya bədəndəki infeksiya mənbəyindən yayılır. Bu infeksiyaya bakteriya, virus və ya parazit səbəb ola bilər. Bədəndə müalicə olunmayan infeksiya qanda infeksiyaya çevrilir. 

 Güclü immunitet sisteminə sahib olmaq son dərəcə vacibdir. İmmuniteti güclü olan insanlar bir çox xəstəliklərə asanlıqla qalib gələ bilirlər. Bədən bəzən infeksiyanı qandan kortəbii şəkildə təmizləyər. Bu həmişə mümkün olmaya da bilər. Əgər insan qanda infeksiya səbəbiylə problem yaşamağa başlayırsa, həkimə müraciət etməlidir. Edilən bəzi müayinələrlə şəxsin vəziyyəti müəyyən edilir.  Daha sonra antibiotik müalicəsi tətbiq olunur.

Qanda infeksiyaya qarşı həkimin tövsiyə etdiyi antibiotikdən istifadə etmək lazımdır. Bundan əlavə, onun baş verməməsi üçün bəzi tədbirlər görmək faydalı olardı. Antibiotik terapiyasına dərhal başlamaq lazımdır. İlkin infeksiya nöqtəsi müəyyən edilməlidir. Müalicə buna uyğun aparılarsa, daha sürətli nəticələr əldə edilə bilər. Qrip və ya meningit kimi xəstəliklərə qarşı peyvənd olunmaq lazımdır.

Bundan əlavə profilaktik tədbirlərə aşağıdakılar aid edilə bilər:
- əllərin müntəzəm yuyulması
 - qabların təmiz və düzgün yuyulması
- təmiz su içilməsinə diqqət yetirin
 - tərəvəz və meyvələrin təmiz yuyulması 

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti