Əhməd əş-Şara İlham Əliyevə təbrik məktubu göndərdi

20:12 1 Aprel 2025

 

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!"

 



Xəbər xətti