İsfahanda daha bir izdihamlı aksiya keçirildi

17:36 2 Aprel 2025

İsfahanda əkinçilər və kənd təsərrüfatı sahəsində çalışanlar yenidən izdihamlı etiraz aksiyası keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, minlərlə insan əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan su payının verilməməsinə görə etiraz aksiyası keçirirlər.

Qeyd edək ki, etiraz aksiyaları bir həftə əvvəldən başlayıb və iki gün əvvəl keçirilən aksiyada isə polis qüvvələrinin hücumu nəticəsində 50 nəfər yaralanıb.



Xəbər xətti