Ordumuz Keşişkənd istiqamətindən atəşə tutuldu

18:00 2 Aprel 2025

 

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 



Xəbər xətti