NATO üzvlərindən tələbimiz xərci 5%-ə qaldırmaqdır

17:12 3 Aprel 2025

 

ABŞ NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə alyansa üzv olan hər bir ölkədən hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması öhdəliyini tələb etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Vaşinqton istəyir ki, hər bir NATO üzvü xərcləri ÜDM-in 5%-nə qədər artırmağı öhdəsinə götürüb, bunu etsin, o cümlədən ABŞ da müdafiə xərclərini artırmalı olacaq”, - o bildirib.

 



Xəbər xətti