Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda beşulduzlu hoteldə yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib.
Sitat.info xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, hoteldəki 680 nəfər təxliyə edilərək başqa mehmanxanalara köçürülüb.
Məlumata görə, yanğın nəzarət altına alınıb.
Hotelin qazanxanasından başladığı ehtimal olunan yanğının səbəbi araşdırılır.