Azərbaycan və İran hərbçilərinin təlimi davam edir

20:51 20 May 2025

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir.

Sitat.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.

 



Xəbər xətti