Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası zamanı görüşüblər.
Türkiyə prezidenti İlham Əliyevi növbəti dəfə baba olması münasibətilə təbrik edib:
- Gözün aydın!
- Əvət.
- İkinci gəldi. Maşallah, maşallah.
- Sağ ol. Sağ ol.
Daha sonra Ərdoğan Tokayevə işarə edərək:
- Bu heç yaşlanmır. İlham qardaşımın 9-cu nəvəsi oldu. Mənim nəvələrimin də 9-su gələcək.