İranın nüvə obyektlərinə hücum edilərsə, Tehran İsrailə qarşı dağıdıcı cavab zərbəsi endirəcək.
Sitat.info xəbər verir ki, bunu SEPAH-ın rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naeini İsrail ordusunun İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlaşdığı barədə yayılan xəbərlər fonunda deyib.
“Sionist rejim bu gün öz vəsvəsəsi ilə axmaqlıq, təcavüzkarlıq etmək qərarına gəlsə, şübhəsiz ki, öz həssas və kiçik ərazilərində sarsıdıcı və qəti cavab alacaq”, - o bildirib.