Ukrayna ilə əsirlərin “1000-in 1000-ə” formatında mübadiləsi bir neçə mərhələyə bölünəcək.
Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Şəmsail Saraliyev deyib.
“Belə bir mübadiləni bir gündə həyata keçirmək texniki cəhətdən çətindir”, - o bildirib.
Qeyd edək ki, İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarında genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə olunmuşdu.