Tramp AB-yə 50 faizlik rüsum tətbiq edir

17:00 23 May 2025

Avropa Birliyi ilə ticarət danışıqlarının çətinliyi səbəbindən iyunun 1-dən quruma qarşı 50% tarif tətbiq etməyi tövsiyə edirəm.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Onlarla müzakirələrimiz heç bir nəticə vermir. Ona görə də mən 2025-ci il iyunun 1-dən Avropa Birliyi üçün 50% tariflərin tətbiqini tövsiyə edirəm”, - Tramp bildirib.



Xəbər xətti