Fransa xarici işlər naziri Jan Noel Barro Ermənistana səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər mayın 26-da baş tutacaq. O, həmkarı Ararat Mirzoyanla görüşəcək.
Nazirlər birgə mətbuat konfransı keçirəcəklər.