AB Rusiyaya bu cür təsir edəcək - Makron

17:37 26 May 2025

AB ölkələri irimiqyaslı sanksiya tətbiqi hədəsilə Rusiyaya təsir etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“ABŞ-ın sülh təşəbbüsünü alqışlayıram, lakin bu gün Rusiyanı sülhə məcbur etmək üçün vasitələrə sahib olmaq lazımdır. Yeganə yol genişmiqyaslı sanksiyalar təhlükəsidir. Fransa və onun tərəfdaşları üçün prioritet ədalətli, davamlı sülhə dair müzakirələrə başlamağa imkan verəcək atəşkəs razılaşmasına nail olmaqdır”, - Makron bildirib.



Xəbər xətti