Finlandiya Rusiyaya nota verdi

19:15 26 May 2025

 

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov mayın 26-da Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, diplomata Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı nota təqdim edilib.

"Səfirə bildirildi ki, Finlandiya mümkün ərazi pozuntusuna ciddi yanaşır və bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Ona bu məsələ ilə bağlı rəsmi nota təqdim edildi", - açıqlamada vurğulanıb.

Səfir Kuznetsov məsələni nəzərə aldığını və mesajı aidiyyəti üzrə çatdıracağını bildirib.

Xatırladaq ki, mayın 23-də Finlandiya Müdafiə Nazirliyi Porvoo sahilləri yaxınlığında Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozduğundan şübhələndiyini açıqlamışdı. Hazırda insident Finlandiya Sərhəd Xidməti tərəfindən araşdırılır.

 



Xəbər xətti