"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

16:27 27 May 2025

"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

Sitat.info xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.



Xəbər xətti