“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”

19:00 27 May 2025

Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan Teatrının yenidən qurulması başa çatmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcək. 

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  Mahaçqalada keçirilən brifinqdə bildirib.

“Dağıstan xalqlarının mədəni müxtəlifliyini qeyd etməyə bilmərəm: folklor və xalq sənətkarlığı çoxdan tanınan brendə çevrilib. Respublikada 11 xalq teatrı fəaliyyət göstərir. Dünən Dərbənddə biz Azərbaycan Teatrının yenidən qurulmasının necə başa çatdığını gördük - o, açılmaq üzrədir. Burada müxtəlif sənətkarlıq və bədii metal emalı geniş şəkildə inkişaf edib”, - Zaxarova deyib.



Xəbər xətti