Özbəkistan və İtaliya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.
Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Məlumata görə, sənəd Özbəkistan Prezidenti Şövkət Mirziyayev və İtaliya Baş naziri Corciya Meloni arasında Səmərqənddə keçirilən görüşün yekunları üzrə imzalanıb:
“Əsas sənədlərə mühüm xammal sahəsində əməkdaşlıq haqqında saziş, həmçinin investisiyaların qorunması, miqrasiya, davamlı inkişaf, ətraf mühitin mühafizəsi və mədəni irs üzrə sazişlər daxildir”.