Ərdoğan "Qalatasaray" komandasını qəbul etdi

18:50 29 May 2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqada 2024-2025-ci illər mövsümünün qalibi olan “Qalatasaray” komandasını qəbul edib.

Sitat.info xəbər verir ki, görüş Dolmabahçe sarayında gerçəkləşib.

Qəbulda klub prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk və futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub.

 



Xəbər xətti