Dövlət rəsmiləri milli komandanın oyununu izlədi

18:00 30 May 2025

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan və İngiltərə milli komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib.

Sitat.info-nun məlumatına görə, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib. 
Qeyd edək ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 



Xəbər xətti