Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu…

18:13 30 May 2025

 

UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Sitat.info UEFA-ya istinadən xəbər verir ki, İspaniyanın "Betis" klubundan İsko bu ada layiq görülüb.

Qeyd edək ki, İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Betis" turnirin finalında İngiltərə təmsilçisi "Çelsi"yə uduzub - 1:4.

 



Xəbər xətti