Moldova Qutsulun aktivlərini dondurdu

18:38 30 May 2025

Moldova Vergi Xidməti Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul və onu müşayiət edən şəxslərin aktivlərini dondurub. 

Sitat.info xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, dondurulmaya səbəb Moldovanın 2024-cü il avqustun 1-də həyata keçirməyi öhdəsinə götürdüyü Aİ sanksiyaları olub.

Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi. Daha sonra o, ev dustaqlığına buraxılmışdı.



Xəbər xətti