İsveç Rusiya ilə siyasi əlaqələri dondurdu

11:00 31 May 2025

“İsveç Rusiya ilə ikitərəfli siyasi əlaqələri dondurub, iki ölkə arasında ticarət dövriyyəsi azalır, mədəniyyət və idman sahəsində əlaqələr isə sıfır həddə endirilib”.

Sitat.info xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev deyib.

Onun sözlərinə görə, hazırda Moskva və Stokholm arasında münasibətlər çətin dövrdən keçir.

Səfir qeyd edib ki, İsveç Avropa İttifaqı və Nato-nun üzvü kimi Rusiyaya qarşı “qeyri-dost” siyasət həyata keçirir.



Xəbər xətti