Həmkəndlilərin mübahisəsi qanla bitdi, ölən var

13:13 31 May 2025

Kürdəmirdə həmkəndlilər arasında mübahisə birinin ölümü ilə nəticələnib.

Sitat.info xəbər verir ki, hadisə ötən gün Sığırlı kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Hafiz Çümşüd oğlu Nuriyev həmkəndlisi Fəqan Əzizov tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs elə hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılıb.



Xəbər xətti