Sabah Yasamalda qaz kəsiləcək

19:46 2 İyun 2025

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. 

Sitat.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən bildirilib.

İşlərin yekunlaşdırılması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbər xətti