Şahdağa qar yağır - FAKTİKİ HAVA

16:17 3 İyun 2025

Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir. Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.



Xəbər xətti