Nəsimidə 2 kiloqrama yaxın heroin aşkarlandı

19:31 5 İyun 2025

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Sitat.infon xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.



Xəbər xətti