Bu avtomobilin istehsalı dayandırıldı

20:38 5 İyun 2025

 

"Suzuki Motor" komponent çatışmazlığı səbəbindən Yaponiya bazarında "Svift" avtomobillərinin istehsalını dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, "Svift" versiyalarının əksəriyyətinin istehsalı mayın 26-dan iyunun 6-dək dayandırılıb. Gecikmələr Çində ixrac lisenziyalarının ləng işlənməsi ilə bağlıdır.

Hibrid sistemlərin elektrik mühərrikləri üçün lazım olan nadir torpaq metalları əsasən qlobal istehsalın təxminən 70%-nə nəzarət edən Çin tərəfindən təmin edilir.

 



Xəbər xətti