Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - Foto

14:01 6 İyun 2025

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinqhaqqı 1 manatdan 2 manata qaldırılıb.

Eyni qiymət artımının “Gənclik Mall” ticarət mərkəzinə və digər ticarət mərkəzlərinə məxsus olan yeraltı dayanacaqlarda da tətbiq olunduğu bildirilir.

Qiymət artımının hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.

 



Xəbər xətti