Bu istiqamətdə qatarlar 100% doluluqla yola düşüb

20:50 6 İyun 2025

ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. 

Bildirilib ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Məlumatda qeyd olunub ki, gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edilib ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.



Xəbər xətti