Mirzoyan Barro ilə görüşdü

17:26 9 İyun 2025

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan Noel Barro ilə görüşüb.

Sitat.info xəbər verir ki, Mirzoyan bu barədə X hesabında paylaşım edib.

Görüş zamanı Ermənistan və Fransa arasında mövcud ikitərəfli münasibətlər, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, o cümlədən siyasi dialoq, regional təhlükəsizlik və beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olunub.



Xəbər xətti