Ələ keçirilən “Madlin” gəmisi axşam saatlarında... - Ankara

17:50 9 İyun 2025

İsrail qüvvələri tərəfindən saxlanılan “Madlin” gəmisinin axşam saatlarında quruya çatacağı gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən mənbə məlumat yayıb.

“Türkiyə vətəndaşlarına konsulluq tərəfindən hər cür dəstək göstərilir. Gəmidən enən kimi onlarla görüşüb, buraxılmaları üçün lazımi təşəbbüslər də həyata keçirilib”, - mənbə bildirib.

Qeyd edək ki, tanınmış ekofəal Qreta Tunberqin də olduğu "Madlin" gəmisinin saxlanıldığı və göyərtədəki şəxslərin həbs edildiyi məlumatı yayılıb. Bundan sonra məsələ ilə bağlı Türkiyə XİN tərəfindən sərt bəyanat verilib.



Xəbər xətti