Gələn il üçün Formula-1 üzrə Bakı Qran-prisinin tarixi…

11:24 10 İyun 2025

2026-cı ildə təşkil olunacaq Formula-1 üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

Sitat.info xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və Formula-1 təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.

Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə Formula-1 təqvimi yenə 24 mərhələdən ibarət olacaq.



Xəbər xətti