Gəncədə oksigen balonu yandı: xəstələr təxliyə olunur

12:00 11 İyun 2025

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemələrə yol açıb.

Sitat.info xəbər verir ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülürlər.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Hazırda Abbas Səhət adına Xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.



Xəbər xətti