Pakistan baş naziri Hindistana başsağlığı verdi

18:41 12 İyun 2025

 

Pakistan Baş naziri Şahbaz Şərif Əhmədabadda “Air İndia” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistana başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Şahbaz Şərif X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Əhmədabad yaxınlığında baş verən “Air İndia” şirkətinə məxsus təyyarənin faciəvi qəzasından kədərləndim. Həlak olanların ailələrinə başsağlığı veririk. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - o yazıb.

 



Xəbər xətti