Ərdoğan kabineti topladı: İran-İsrail münaqişəsi...

18:10 16 İyun 2025

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, hökumətin gündəliyində əsas mövzu İran-İsrail münaqişəsidir.

Bundan başqa, iclasda “Terrorsuz Türkiyə” hədəfi istiqamətində aparılan işlər və iqtisadiyyatdakı son inkişafların müzakirə ediləcəyi bildirilib.



Xəbər xətti