Meymun çiçəyi bioloji silahlar siyahısında imiş: Dünya yeni pandemiya astanasında...

17:01 21 May 2022

 

COVİD- epidemiyasına görə 2 ildir ki, hamımız ayaq üstə idik, təzəcə rahat yaşamağa başlayırdıq ki, deyərkən Qərb mediasından “Meymun çiçəyi virusu” xəbərləri gəlməyə başlayıb. 

İngiltərə, Portuqaliya və İspaniyadan sonra ilk yoluxma Kanada və Amerikada görülüb və narahatlıq pik həddə çatıb.

Bill Qeytsin "bioloji silah" olaraq xəbərdar etdiyi , hələki aşkarı edilən  və  müalicəsi olmayan "meymun çiçəyi" nədir?  Narahat olmağımıza əsas varmı?

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Prof. Dr. Derya Unutmaz və Prof. Dr. İftihar Köksal bu barədə Türkiyə mediasına açıqlama verib. İngiltərə, Portuqaliya, İspaniya, Kanada, İsveç və ABŞ-da 32 təsdiqlənmiş və 61 şübhəli meymun çiçəyinə yoluxma hadisəsi aşkar edilib. ABŞ Cekson Laboratoriyasının Baş Müstəntiqi, İmmunologiya Mütəxəssisi Prof. Derya Unutmaz dəri səpgilərinə səbəb olan virusun 1958-ci ildə laboratoriyada meymunlarda aşkar edildiyini və buna görə meymun çiçəyi virusu adlandırıldığını bildirib. 

O qeyd edib ki, “Əslində xəstəlik meymunlardan deyil, siçovul, siçan, dələ kimi gəmiricilərdən insanlara keçir.İnsandan insana yoluxma nadirdir. Mərkəzi-Qərbi Afrikada daha çox yayılıb. İlk yoluxma 1970-ci illərdə baş verib.  COVID-19-dan tamamilə fərqlidir. Korona RNT-dir, bu DNT virusudur. 2003-cü ildə ABŞ-da yerli epidemiya baş verib və həmin vaxt 40 nəfər xəstələnib”.

Prof. Unutmaz hazırda aşkarlanan halların heyvandan insana deyil, insandan insana keçdiyini vurğulayaraq, belə davam edib.
 O, panika yaratmağın lazımsız olduğunu, lakin diqqətli olmağımız gərəkdiyini vurğulayıb: "Virus yaxından izlənilməlidir. Korona kimi havadan asanlıqla keçə bilən virus deyil. Yaxın təmas vacibdir. Bədən mayeləri və ya bədəndə lezyon (irin, yara) axıntısı və ya siçan, siçovul, dələ kimi gəmirici heyvanların dişləməsi nəticəsində yayıla bilər. İndi iqlim dəyişikliyi, meşələrin məhv edilməsi, heyvanların bizimlə daha yaxın təmasda olması, əhalinin sayının sürətlə artması, səyahətlərin çoxalması səbəbindən virusların yayılması asanlaşıb”.
“ Meymun çiçəyi virusu çiçək xəstəliyinə çox oxşardır. Bilirsiniz ki, çiçək virusu dünyada peyvəndlə məhv edilən ilk virusdur. ÜST-nin 1980-ci ildə çiçək xəstəliyinin tamamilə məhv edildiyini elan etməsi ilə  həmin peyvənd sıradan çıxdı. Son olaraq 1990-cı ildə Körfəz Müharibəsində iştirak etmiş ABŞ əsgərlərinə edilib. Ancaq bildiyimiz qədər çiçək xəstəliyinə qarşı peyvənd də (85 faiz) təsirlidir. Bundan əlavə, 2019-cu ildə bu virusa qarşı xüsusi peyvənd də istehsal edilib. Deməli, bu, çox az ehtimaldır, lakin virus gözləniləndən daha yoluxucu olsa belə, onların peyvəndi var. 

BİOLOJİ SİLAHLARIN SİYAHISIDADIR
 Yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Prof. Dr. İftihar Köksal virusun "zoonoz" yəni heyvandan insana keçən virus olduğunu və onun insandan insana keçməsinin ümumi olmadığını, yayılması üçün yaxın təmasların vacib olduğunu deyib. 

Prof. Dr. Köksal simptomlar barədə bildirib ki, insanlarda inkubasiya dövrü 14 gündür: "Bu müddət ərzində asanlıqla yayıla bilər. Qızdırma, bədən nasazlığı, baş ağrısı, limfa düyünlərinin şişməsi, bədəndə zədələnmələr kimi görünə bilər. Biz PCR ilə diaqnoz qoya bilərik. Bu virusdan ölənlərin sayı həqiqətən azdır, lakin bu virus çiçək xəstəliyi kimi bioloji silahlar siyahısındadır”.

Nigar Abuzər
SİTAT.İNFO 



Xəbər xətti