Niderlandın Təl-Əvivdəki səfirliyinin binası raket zərbəsi zamanı zədələnib

13:55 19 İyun 2025

Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.

Sitat.info  İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, dəymiş ziyan cüzidir, zərbə nəticəsində diplomatik nümayəndəliyin pəncərəsi sınıb. Ölən və yaralanan yoxdur.



Xəbər xətti