Səhər saatlarında İran yenidən İsrailə raket zərbələri endirib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
"Cəmi bir ədəd raket atılıb və o da hədəfə dəyib" deyə bildirilib. Raket zərbəsi dağıntılara səbəb olub. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Son dəqiqə məlumatına görə isə, hədəf alınan yer İsrail ordusunun texnologiya sənayə mərkəzi olub. İsrail ordusuna məxsus ən son texnologiyalar burada istehsal edilirmiş.
Həmin görüntüləri təqdim edirik: