İsrailin ölkə daxilində zərbələrini davam etdirdiyi bir vaxtda Abbas Əraqçi Fransa, Almaniya və Böyük Britaniyadan olan həmkarları ilə görüşmək üçün Cenevrədədir.
Sitat.info Əl-Jazeera-yə istinadən xəbər verir ki, İranl rəsmiləri bu görüşün savaşa son qoyacağı qənaətində deyillər: "Brincisi, bu zərbələr davam edərkən danışıqlara getməyəcəklər, ikincisi, cavab zərbələri endirəcək və cavab tədbirlərinə davam edəcəklər".
Əraqçi bildirib ki, ilk növbədə, o, avropalıların dediklərinə qulaq asmaq üçün oradadır, hücumlar davam edərkən danışıqlar üçün orada deyil.
Amma eyni zamanda, iranlılar diplomatiya imkanlarına qapını bağlamadıqlarına dair mesaj verməyə çalışırlar və Əraqçinin Cenevrədə olmasının əsas səbəbi də budur.
O, gündəlik olaraq Tehranın hədəfə alındığı müddətdə İranın nüvə proqramının müzakirə oluna bilməyəcəyini söylədi.
İran diplomatiya üçün qapını açıq saxlamağa çalışsa da, diplomatik trayektoriyanın nəzərəçarpacaq nailiyyət əldə etmək şansı çox aşağı görünür.
Nəzərə almaq lazımdır ki, İran artıq amerikalılarla nüvə sazişi ilə bağlı diplomatik danışıqların tam ortasında idi, danışıqların altıncı raundu İsrailin zərbələri ilə pozulmazdan əvvəl planlaşdırılmışdı.
Aytac,
Sitat.info