Ərdoğanı Ermənistana dəvət edəcəyəm - Paşinyan

20:12 20 İyun 2025

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırıram.

Sitat.info xəbər verir ki, bu sözləri İstanbulda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, 2026-ci ildə İrəvanda baş tutacaq Avropa Siyasi Birliyinin samitində Ərdoğanın da iştirak edəcəyinə ümid edir.



Xəbər xətti