İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.
Bu barədə məlumatı İran telekanalları yayıb.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb.
O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.