Özbəkistan TDT ilə bağlı bu qanunu təsdiqlədi

18:46 26 İyun 2025

Özbəkistan Ali Məclisi Senatının səkkizinci plenar iclasında 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in ratifikasiyası haqqında qanun müzakirə edilib və təsdiqlənib.

Sitat.info Report-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Senatından məlumat verilib.

Senatorlar sənədi dəstəkləyərək, onun risklərə hazırlıq səviyyəsinin artırılması və mülki müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.



Xəbər xətti