Ulduz futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə yeni müqavilə imzalayıb.
Sitat.info xəbər verir ki, bu barədə futbolçu özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Müqavilənin müddəti 2027-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl Nəsr”də çıxış edir.