Montella Türkiyə millisində qalacaq

18:26 27 İyun 2025

Türkiyə Futbol Federasiyası yığma komandanın baş məşqçisi Vinçenzo Montellanın müqaviləsini uzadacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb

Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi postuna təyin olunub.

Təcrübəli çalışdırıcı yığma ilə ümumilikdə 23 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7-də məğlub olub



Xəbər xətti